
ABŞ rəsmiləri Trampın İranla bağlı atəşkəs bəyanatından niyə narahatdırlar?
ABŞ Prezidenti Donald Trampın yüksəkvəzifəli köməkçiləri və ona yaxın olan müttəfiqləri hesab edirlər ki, Ağ Ev İranla əldə edilən kövrək atəşkəsin əhəmiyyətini şişirdib və hərbi əməliyyatlarda qələbəsini vaxtından əvvəl elan edib.
ABŞ Prezidenti Donald Trampın yüksəkvəzifəli köməkçiləri və ona yaxın olan müttəfiqləri hesab edirlər ki, Ağ Ev İranla əldə edilən kövrək atəşkəsin əhəmiyyətini şişirdib və hərbi əməliyyatlarda qələbəsini vaxtından əvvəl elan edib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşri məqalə dərc edib.
Qəzetin məlumatına əsasən, Trampa razılaşmanın pozulmasına səbəb ola biləcək risklər və İranın hələ də ciddi hərbi potensialı özündə saxlaması barədə məruzə edilib. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, İranın raket qurğularının yarısından çoxu məhv edilsə də, onların böyük bir qismi hələ də yerin dərinliklərində qorunur. O qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələri donanmasının 90%-nin batırılmasına baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazındakı gəmilər üçün təhlükə yarada biləcək onlarla kiçik katerə malikdir.
* Ağ Ev: "İran tamamilə fərqli sülh planı təqdim edib"
Bu xəbərdarlıqlar Ağ Evin İranla danışıqlardan əvvəl ABŞ-nin üstünlükləri barədə israrlı iddialarının qarşısını ala bilməyib. Trampın mətbuat katibi Karolin Livitt ABŞ-nin beş həftəlik əməliyyatını hərbi zəfər adlandırıb. Onun sözlərinə görə, İranın uzaqmənzilli pilotsuz uçuş aparatları və ballistik raketlər istehsal etmək imkanları illərlə geriyə salınıb, dəniz minaları, əsasən, məhv edilib, hərbi hava qüvvələri isə əhəmiyyətini itirib.
WSJ-nin sorğu keçirdiyi ekspertlər və rəsmi şəxslər isə bildirirlər ki, İranın nüvə və hərbi potensialına ciddi zərbə vurulsa da, Tehran hələ də mühüm imkanlara sahibdir. Trampın köməkçilərini narahat edən digər bir məsələ də ABŞ rəhbərinin asanlıqla getməyəcəyi ciddi güzəştlər olmadan Hörmüz boğazı vasitəsilə gəmi hərəkətinin bərpasının az inandırıcı olmasıdır. Nəşrin mənbələri hesab edirlər ki, yaranmış bu dalan hərbi toqquşmaların yenidən başlamasına gətirib çıxara bilər.
Qeyd edək ki, aprelin 8-də, İrana verilən ultimatuma bir neçə saat qalmış, Tramp Birləşmiş Ştatların iki həftəlik atəşkəsə razı olduğunu bəyan edib. ABŞ lideri vurğulayıb ki, bu addım yalnız Hörmüz boğazının tam olaraq açılması şərti ilə atılıb. Tramp, həmçinin danışıqlar üçün əsas ola biləcək on bəndlik təklif paketini Tehrandan aldığını açıqlayıb. Daha sonra İran rəsmiləri həmin bəndləri bəyan ediblər. Siyahıda hücum etməmək öhdəliyi, uranın zənginləşdirilməsinə razılıq və Livanın "Hizbullah" hərəkatına qarşı olanlar da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması kimi şərtlər yer alır. Gözlənildiyi kimi, İran və ABŞ nümayəndə heyətləri aprelin 10-da Pakistanda görüşməlidirlər. Lakin İran nümayəndə heyətinin rəhbəri, respublika parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, atəşkəs və danışıqlar artıq öz mənasını itirməkdədir. O qeyd edib ki, əsas razılaşmalar artıq pozulub: Livana qarşı aqressiya davam edir və Birləşmiş Ştatlar Tehranın uranı zənginləşdirmək hüququnu inkar edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
DünyaCHP-nin Ankara bölgəsi üzrə rəhbəri saxlanıldı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara bölgəsi üzrə rəhbəri Ümit Erkol saxlanılıb.
DünyaRusiyada Şahin Şıxlinskiyə qarşı daha bir iş üzrə cəza istənildi - VİDEO
Yekaterinburq şəhərinin Kirov Məhkəməsində baş tutan yekun dinləmələrdə dövlət ittihamçısı Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli barəsində ağırlaşdırılmış həbs cəzası tələb edib.
DünyaDonald Tramp: "NATO ehtiyac duyduğumuz zaman bizə kömək etməyib"
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiyanın mənsubiyyəti məsələsində fikir ayrılıqları olduğunu xatırladıb.