
Kinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO
Aprelin 9-da kinoaktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.
Aprelin 9-da kinoaktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.
Gundem.today xatırladır ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb.
Ceyhun Mirzəyevin 46 illik ömrünün 35 ili kino ilə bağlı olub.
O, ilk dəfə 11 yaşı olanda "Görüş" filmində "Şıxəlinin oğlu"nun obrazını yaradıb. On iki yaşı olanda isə "Ögey ana" filminə dəvət alıb və yaddaşlardan silinməyən "İsmayıl" obrazını yaradıb. Məhz bu obrazla Ceyhun kino sahəsində ən böyük uğurunu qazanıb.
Ceyhun Mirzəyev "Azərbaycanfilm" kinostudiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib.
Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi "Qara qağayı" (1962) filmində baş rolun ifaçısı olub.
"Mozalan" satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin də müəllifi olub.
Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmi müəllifin son işidir. Lakin özü bu filmin premyerasında iştirak edə bilməyib. Məhz "Fəryad" filmindəki şücaətinə görə o, "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.
Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta dövrünün ən məşhur satirik verilişlərindən olan "Mozalan"ın açılışında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyev 1994-cü il martın 5-də 46 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda arvadının soyadını götürən kişilərin sayı AÇIQLANDI
Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
CəmiyyətSabah 22 dərəcə isti olacaq - 10.04.2026
Azərbaycanda aprelin 10-na gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətYanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır
Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.
CəmiyyətSumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDI
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.