Son dəqiqə
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunduQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEOBelarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlarABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildiİsrail ordusu Beyrutda "Hizbullah" liderinin şəxsi katibini məhv etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib - FOTO
Azərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib - FOTO
Siyasət

Azərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib - FOTO

Bu gün
11:50
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Litvanın baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edilib.

Litvanın baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını deyən Litvanın baş naziri keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz ölkəmiz olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib. Ancaq bununla belə dövlətimizin başçısı qeyd edib ki, həmin ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir. Prezident İlham Əliyev Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını bildirib.

Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulanıb.

Söhbət zamanı regional məsələlərə də dair fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#İnqa_Ruqiniene#Azərbaycan#Avropa_İttifaqı_(Aİ)#Ermənistan#Azərbaycan_Respublikası#44_günlük_Vətən_müharibəsi

Oxşar Xəbərlər

Əli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTOSiyasət

Əli Əsədov litvalı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Bu gün
13:060
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTOSiyasət

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

Bu gün
11:580
Litvanın baş naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTOSiyasət

Litvanın baş naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.

Bu gün
11:410
Azərbaycanda bəzi şəxslərin maaşlarında artımlar olacaq - Tapşırıq verildiSiyasət

Azərbaycanda bəzi şəxslərin maaşlarında artımlar olacaq - Tapşırıq verildi

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən ediləcək.

Bu gün
09:400