
ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?
ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədi daşıyan genişmiqyaslı birgə hücumlar planını təsdiqləyiblər.
ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədi daşıyan genişmiqyaslı birgə hücumlar planını təsdiqləyiblər.
Gundem.today xəbər verir ki, bu barədə mənbələrə istinadən ABŞ-nin nüfuzlu "Axios" nəşri məlumat yayıb.
Bildirilib ki, hazırlanmış hərbi planın həyata keçirilməsi Vaşinqtonun İranla danışıqlar zamanı ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixin bitməsinə qədər təxirə salınır.
ABŞ Prezidenti Donald Tramp aprelin 5-də "Axios"a verdiyi müsahibədə aprelin 7-dək İranla sövdələşmənin bağlanması şanslarının yüksək olduğunu bəyan edib. Əvvəllər o, sosial şəbəkə hesabında İranın aprelin 6-dək Hörmüz boğazını açmadığı təqdirdə enerji və mülki infrastruktura zərbələr endirməklə hədələyib.
Bununla yanaşı, ABŞ lideri İranla mümkün sövdələşmənin bağlanması müddətini yerli vaxtla aprelin 7-si 20:00-a qədər (Bakı vaxtı ilə aprelin 8-i saat 4:00 - red.) uzadıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı
ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb.
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
DünyaDaha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.
DünyaAvropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.