Son dəqiqə
Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoyduQida borusunda yemək qalan qadın öldüİlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü olub - FOTOBüdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?Qeyri-etik ifadələr işlədən tiktoker HƏBS OLUNDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Dünya

Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ

Bu gün
12:44
0 baxış
Paylaş:

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Aİ ölkələrinə yanacağın yüksək qiymətləri ilə mübarizə tədbirləri təklif olunur. Elektrik enerjisinə subsidiyalar, vergi və aksizlərin azaldılması, qiymət məhdudiyyətləri tövsiyə edilir.

AK narahatdır ki, həddən artıq səxavətli dəstək tədbirləri yüksək inflyasiyaya və büdcə kəsirinin kəskin artımına gətirib çıxara bilər.

"Bu, AK-nin ümumi vəzifəsidir. İqtisadiyyatın bir sektorunda baş verənlər bütün cəmiyyətə təsir edə bilər. AK üzv ölkələrin hökumətlərinə texniki məsləhətlər verir və istifadə etmək istədikləri siyasi alətlərin hazırlanmasında, onlar üçün mövcud olan fiskal çərçivəni aşmadan yardım göstərir", - deyə enerji üzrə komissar Dan Yörgensen bildirib.

Nəşrdə qeyd edilir ki, dövlət dəstəyi tədbirləri həqiqətən büdcə böhranına gətirib çıxarsa, bu, son altı ildə Aİ üçün üçüncü iqtisadi böhran olacaq.

"2020-ci ildə blok koronavirus pandemiyasının fəsadları ilə üzləşdi, iki il sonra isə Ukrayna böhranı nəticəsində iqtisadi çətinliklər yarandı. Nəticədə Aİ-də ümumi dövlət borcunun səviyyəsi 2019-cu ildə ÜDM-in 77.8 faizindən keçən ilin sonunda 82.1 faizə yüksəldi", - deyə nəşrdə bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Avropa_Komissiyası#Avropa_İttifaqı#büdcə_böhranı#enerji_qiymətləri#inflyasiya#iqtisadiyyatın_dəstəklənməsi#dövlət_borcu#elektrik_enerjisi_subsidiyaları#Financial_Times#Dan_Yörgensen#iqtisadi_təhlükə.

Oxşar Xəbərlər

ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdıDünya

ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı

ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb.

Bu gün
13:320
SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEODünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO

Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.

Bu gün
13:161
Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıbDünya

Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb

Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.

Bu gün
12:520
Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vurulduDünya

Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vuruldu

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.

Bu gün
12:360