ABŞ və İsrailin İranda içməli su anbarına zərbə endirdiyi iddia olunur
Dünya

ABŞ və İsrailin İranda içməli su anbarına zərbə endirdiyi iddia olunur

İndi
01:51
0 baxış
Paylaş:

İsrail və ABŞ-nin İranın cənub-qərbində yerləşən Heftgel şəhərində 10 min kubmetr tutumlu içməli su anbarına zərbə endirdiyi bildirilir.

İsrail və ABŞ-nin İranın cənub-qərbində yerləşən Heftgel şəhərində 10 min kubmetr tutumlu içməli su anbarına zərbə endirdiyi bildirilir.

Gundem.today Fars agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və digər su anbarlarına ziyan dəyməyib.

Şəhərin içməli su ilə təminatının normal qaydada davam etdiyi qeyd olunur.

Xatırladaq ki, fevralın 28-də İsrail İran ərazisinə zərbələr endirib, daha sonra ABŞ-nin də əməliyyata qoşulduğu açıqlanıb. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına raket və dronlarla hücum edib. Region ölkələrinin hava məkanı bağlanıb, qarşıdurma fonunda neft qiymətlərində kəskin artım qeydə alınıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İsrail#İran#İran-İsrail_münaqişəsi#İçməli_su

Oxşar Xəbərlər