
Misir qənaət rejiminə keçdi: Yanacaq istifadəsinə ciddi məhdudiyyətlər
Misir Nazirlər Kabineti regionda mövcud vəziyyət fonunda yanacağa qənaət məqsədilə bir sıra enerji qənaəti tədbirləri həyata keçirib.
Misir Nazirlər Kabineti regionda mövcud vəziyyət fonunda yanacağa qənaət məqsədilə bir sıra enerji qənaəti tədbirləri həyata keçirib.
Gundem.today xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Madbuli məlumat verib.
Onun sözlərinə görə, ilk tədbir dizel və benzin istifadə edən iri enerji tutumlu dövlət layihələri üzrə işlərin ən azı iki ay müddətinə ləngidilməsini nəzərdə tutur.
İkinci tədbir dövlət nəqliyyatı üçün ayrılan yanacaq həcminin dərhal 30% azaldılmasını ehtiva edir.
Bundan əlavə, aprelin 1-dən etibarən bir ay müddətinə bütün dövlət qurumlarında həftədə bir gün məsafədən iş rejimi tətbiq olunacaq. Zərurət yarandıqda isə bu müddət daha bir gün artırıla bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə böyük plazma partlayışı: Ay missiyası risk altında
Günəşdə güclü plazma atılması baş verir və bu hadisə Ay missiyasının başlanmasına təsir göstərə bilər.
DünyaRusiyalı manyakdan şok etiraf: 100-dən çox qətl törətdiyini dedi
Rusiyalı Aleksey Qaskov 1995-ci ildən etibarən 100-dən çox qətl törətdiyini etiraf edib.
DünyaKəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?
"Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək".
DünyaKİV: ABŞ-nin zərbələri nəticəsində İranda yüksəkvəzifəli məmur öldürülüb
İran Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvəndin İsrail və ABŞ-nin zərbələri nəticəsində öldürüldüyü iddia olunur.