
Afrika parçalanır: Yeni okean yaranır
Şərqi Afrika rift zonasında qitə tədricən iki hissəyə ayrılır və bu proses milyonlarla ildən sonra Efiopiya və Keniya ərazilərinin ada tipli formaya çevrilməsinə səbəb ola bilər.
Şərqi Afrika rift zonasında qitə tədricən iki hissəyə ayrılır və bu proses milyonlarla ildən sonra Efiopiya və Keniya ərazilərinin ada tipli formaya çevrilməsinə səbəb ola bilər.
Gundem.today pravda.ru-ya istinadən xəbər verir ki, alimlər bu hadisənin səbəbini Yerin dərin qatlarından - təxminən 2 900 kilometr dərinlikdən qalxan "superplyum" adlı qızmış maddə axını ilə izah edirlər.
Bu axın qitə qabığını zəiflədir, onu aşağıdan "əridir" və nəticədə torpaq qatlarının ayrılmasına gətirib çıxarır.
Uzunluğu təxminən 3 500 kilometr olan rift zonasında tektonik plitələr ildə bir neçə santimetr sürətlə bir-birindən uzaqlaşır. Bu, insan həyatı üçün hiss olunmayacaq qədər yavaş proses olsa da, geoloji miqyasda yeni okeanın yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, bölgədə artan seysmik aktivlik və qaz çıxışı bu prosesin davam etdiyini təsdiqləyir. Gələcəkdə Somali plitəsinin Afrikadan ayrılması ilə Hind okeanının suları bu əraziyə dolaraq yeni okean hövzəsi formalaşdıra bilər. Bu dəyişikliklərin isə yaxın deyil, milyonlarla il ərzində baş verəcəyi vurğulanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıBəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb olur - Həkimdən xəbərdarlıq
"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər".
MaraqlıSəssiz inkişaf edən xəstəlik: Dişləriniz sizə siqnal verir
Ağız boşluğunda yaranan cüzi narahatlıqlar belə bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
MaraqlıPişiklərin davranışlarındakı müəyyən sirlər açıqlandı
Hətta ən qayğıkeş pişik sahibləri belə bəzən ev heyvanlarının şəxsi sərhədlərini poza bilirlər - təsadüfən pəncəsinə basır və ya yüksək səslə danışırlar. Bundan sonra pişik nümayişkaranə şəkildə sahibini görməzdən gələ bilər.
MaraqlıEstetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO
Tatu və pirsinq bədən üzərində estetik ifadə vasitəsi kimi son illər daha çox maraq doğurur. Bu proses həm ustanın peşəkarlığını, həm də gigiyena qaydalarına ciddi əməl olunmasını tələb edir.