Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Digər

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

2 saat əvvəl
11:48
0 baxış
Paylaş:

Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.

Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.

Bakı və Abşeron yarımadasında son günlər yağan yağış ticarət mərkəzinin yerləşdiyi ərazidə bir neçə mağazaya giriş imkanlarını məhdudlaşdırıb, alış-verişə maneə yaradıb. Bu fəsadlardan bəzi sahibkarlar zərər çəkiblər.

"Yaranmış vəziyyətin bizdən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq, Abşeron Ticarət Mərkəzi dəymiş zərərin qarşılanmasında, fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək göstərir," - Abşeron TM-in marketinq şöbəsinin rəhbəri Erhan Topkaya belə bildirib. Hazırda sığortalı obyekt sahiblərinə sığorta predmeti üzrə ödənişlərin təmin edilməsi üzərində işlərə başlanılıb.

Qeyd edək ki, Abşeron Ticarət Mərkəzi sahibkarlar üçün sığortalanmış biznesi təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar Abşeron Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Abşeron_Ticarət_Mərkəzi

Oxşar Xəbərlər