
"Kontakt" mağazasından 100 000 manat dolu çamadan oğurlandı - HADİSƏ ANI - VİDEO
Ölkənin böyük riteyl şəbəkələrindən olan "Kontakt"da müəmmalı hadisə baş verib. Mağazadan içərisində 100 000 AZN pul olduğu iddia edilən çamadan naməlum şəxs tərəfindən aparılıb.
Sosial şəbəkədə yayılan görüntülərdə gənc bir oğlanın bir müddət stendin ətrafında dolandığı, əlverişli məqam yaranan kimi isə çamadanı götürərək sürətlə hadisə yerindən uzaqlaşdığı əks olunub.
İddialara görə, çamadan "Qoşa seç, 100 000 AZN-dək apar" kampaniyasına görə elə mağazada - kampaniya stendinin yanında sərgilənirdi. Hələlik hadisənin təfərrüatı və çamadanı aparan şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.
Mağazanın daxili təhlükəsizlik kameralarından sızan digər görüntülərdə isə mühafizə xidmətinin hadisə anını təhlil etdiyi eşidilir.
Hadisə ilə bağlı videogörüntüləri sizinlə paylaşırıq:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAbşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.
DigərAzərbaycan Texniki Universiteti beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb
Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb.
DigərAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri - FOTO
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
DigərZəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 punktda
Avtomobil almaq yalnız bugünkü seçim deyil, uzunmüddətli rahatlıq, təhlükəsizlik və maliyyə sabitliyi ilə bağlı qərardır. İlk baxışda zəmanətsiz və ya grey dealer vasitəsilə alınan avtomobil daha sərfəli görünə bilər. Lakin əksər hallarda başlanğıcda "qənaət" kimi görünən fərq sonradan çox daha böyük xərc, vaxt itkisi və ciddi problemlərlə nəticələnir.