
Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?
Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir.
Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir.
Gundem.today xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva "Gazeta.ru" portalına verdiyi müsahibəsində məlumat verib.
"Açqarına idman etməyə icazə verilir, lakin burada məşqin xarakteri önəmlidir. Yarım saatdan bir saata qədər yürüş, yüngül templi qaçış, velosiped sürmək və gərilmə hərəkətləri orqanizm tərəfindən rahat qəbul edilir. Lakin ağır çəki qaldırmaq, sürətli qaçış (sprint), yüksək intensivlikli krossfit, bir saatdan çox çəkən kardio və acqarına icra edilən ağır ayaq məşqləri halsızlıq, başgicəllənmə və travma ehtimalını artıra bilər", - deyə mütəxəssis vurğulayıb.
Təlimçinin sözlərinə görə, yüngül səhər idmanından öncə 300-500 ml su içmək kifayətdir. İntensiv məşqlərdən 2-3 saat əvvəl tam qidalanmaq, yaxud ən azı bir saat əvvəl qatıq və banan kimi yüngül qəlyanaltı etmək şərtdir. Ağır yüklənmələrdən öncə maye və qida balansına, həmçinin susuzluq əlamətlərinə diqqət yetirilməlidir ki, orqanizm sürətlə dehidratasiyaya (maye itkisinə) uğramasın.
Mütəxəssis həmçinin qeyd edib ki, əgər səhərlər başgicəllənmə, qan təzyiqinin düşməsi, yuxusuzluq halları müşahidə olunursa və ya diabet xəstəliyi varsa, ac halda idman etməkdən çəkinmək lazımdır. Eyni zamanda, alkoqol qəbulundan sonra, hamiləlik dövründə və ya xəstəlikdən bərpa müddətində fiziki aktivlikdən öncə mütləq sıyıq, tost, qatıq və ya banan kimi qidalar qəbul edilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÜrək xəstəlikləri riskini azaldan içki
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb.
DünyaArvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların içinə atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
DünyaAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.
DünyaBritaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi
Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub.