
Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.
Gundem.today xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində qeyd edib.
Alimin sözlərinə görə, insanlar yuxuya dalmazdan bir qədər əvvəl gerçək və qeyri-adi yuxuyabənzər situasiyalarla üzləşirlər.
92 könüllünün qatıldığı təcrübə zamanı mütəxəssislər iştirakçıların yuxuya keçid prosesini müxtəlif anlarda dayandıraraq, onlardan zehni yaşantılarını izah etmələrini xahiş ediblər. Sınaq müddətində beyin aktivliyi elektroensefaloqrafiya (EEQ) vasitəsilə mütəmadi olaraq izlənilib. Təhlillər iştirakçıların dörd fərqli zehni haldan keçdiyini sübut edib: ani xatirələr, qəribə və narahatedici vizuallar, habelə şüurlu düşüncələr (məsələn, növbəti günün planlaşdırılması).
N.Dekat vurğulayıb ki, yuxuya keçid mərhələsi oyaqlıqdan yuxu halına qədər olan qısa zaman kəsiyində ayıqlıq dərəcəsinin necə dəyişdiyini və buna bağlı zehni təcrübələri öyrənməyə şərait yaradır.
Tədqiqatın nəticələri sübut edir ki, yuxugörmə prosesi özünəməxsus zehni "məşq platforması" rolunu oynayır. Yuxuda olarkən insan beyni real həyatdakı sosial problemləri təhlil edir; fərdin ünsiyyət, həyatda qalma, reputasiya və qayğıkeşlik kimi situasiyalara öncədən hazırlaşmasına kömək edir. Beləliklə, yuxular insanların ictimai mühitdəki fəaliyyətində və qərarlarında indiyədək ehtimal olunduğundan daha həlledici əhəmiyyətə malikdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÜrək xəstəlikləri riskini azaldan içki
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb.
DünyaArvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların içinə atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
DünyaBritaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi
Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub.
DünyaAcqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?
Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir.