Son dəqiqə
Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırTural Kərimova yüksək VƏZİFƏ VERİLDİHindistansa ilan vuran uşağı 12 saat çayda saxladılar - VİDEOAlmaniyada qatar qəzası: Xəsarət alanlar varFəhlə iş zamanı həyatını itirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"
ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"
Cəmiyyət

ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"

Bu gün
20:46
0 baxış
Paylaş:

"Bakıda texniki su ilə içməli su şəbəkələrinin ayrılması istiqamətində layihələr həyata keçiriləcək".

"Bakıda texniki su ilə içməli su şəbəkələrinin ayrılması istiqamətində layihələr həyata keçiriləcək".

Gundem.today xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, içməli suyun istehsalı mürəkkəb və çoxmərhələli proses olduğundan onun texniki məqsədlər üçün istifadəsi məqsədəuyğun deyil:

"İçməli su çaylardan götürülərək ciddi təmizlənmə mərhələlərindən keçir və yalnız bundan sonra istifadəyə verilir. Bu suyun suvarma və sənaye məqsədləri üçün istifadəsi səmərəli deyil. Bu istiqamətdə pilot layihə Hövsan qəsəbəsində həyata keçiriləcək. Mövcud təmizləyici qurğunun reabilitasiyası planlaşdırılır və layihənin texniki əsaslandırması artıq tamamlanıb. Hövsanda layihənin bu il başlanması nəzərdə tutulur və təxminən 1-2 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Burada əldə olunan su texniki məqsədlər üçün sənaye və kənd təsərrüfatında istifadə olunacaq".

Z.Mikayılov bildirib ki, oxşar yanaşma digər layihələrdə də tətbiq ediləcək:

"Belə ki, planlaşdırılan 9 yeni təmizləyici qurğuda da suların təkrar istifadəsi nəzərdə tutulur. Texniki su şəbəkəsi içməli su sistemindən tam ayrılmalıdır. Texniki su şəbəkəsinə qanunsuz qoşulmalar sağlamlıq baxımından risk yarada bilər. Buna görə bu sistemlər ayrı infrastrukturlar üzərindən qurulmalı və yalnız təyinatı üzrə istifadə edilməlidir".

ADSEA-nın sədri bildirib ki, Sumqayıt sənaye zonasında mövcud təmizləyici qurğunun modernləşdirilməsi və gündəlik 100 min kubmetr gücündə yeni qurğunun tikintisi planlaşdırılır.

"Bu, su sənaye məqsədləri üçün istifadə olunacaq. Eyni yanaşma Ələt İqtisadi Zonasında da tətbiq ediləcək. Burada da texniki suya ehtiyac olan sahələr müəyyənləşdirilib və layihələndirmə işləri aparılır. Bütün bu layihələr mərhələli şəkildə həyata keçiriləcək və əsas məqsəd içməli su ehtiyatlarına qənaət etməklə onların daha səmərəli istifadəsini təmin etməkdir", - Z.Mikayılov vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan#Bakı#Sumqayıt_şəhəri#Zaur_Mikayılov#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQCəmiyyət

Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQ

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir

Bu gün
22:000
Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİCəmiyyət

Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Bu gün
21:360
Fəhlə iş zamanı həyatını itirdiCəmiyyət

Fəhlə iş zamanı həyatını itirdi

Ağdamda bədbəxt hadisə baş verib.

Bu gün
20:520
Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEOCəmiyyət

Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEO

"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".

Bu gün
20:541