Son dəqiqə
Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırTural Kərimova yüksək VƏZİFƏ VERİLDİHindistansa ilan vuran uşağı 12 saat çayda saxladılar - VİDEOAlmaniyada qatar qəzası: Xəsarət alanlar varFəhlə iş zamanı həyatını itirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEO
ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEO
Cəmiyyət

ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEO

Bu gün
20:40
0 baxış
Paylaş:

Mart ayının sonlarında Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü yağışların yaratdığı problemlərin əsas səbəbləri açıqlanıb.

Mart ayının sonlarında Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü yağışların yaratdığı problemlərin əsas səbəbləri açıqlanıb.

Gundem.today xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, martın 27-28-də yağan yağışın həcmi 143 mm təşkil edib ki, bu da illik yağıntı normasının təxminən 60 %-nə bərabərdir:

"Bu o deməkdir ki, normalda 7 ay ərzində yağan yağış cəmi iki günə düşüb. Bu, son 100 ildə müşahidə olunmayan miqyasdır və fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər. Belə intensiv yağıntılar mövcud infrastruktur və relyef xüsusiyyətləri səbəbindən bəzi ərazilərdə su basmalara gətirib çıxarıb".

Z.Mikayılov bildirib ki, problemin səbəbləri yalnız iqlim faktorları ilə məhdudlaşmır:

"İqlim dəyişikliyi yağışların daha intensiv və qısa müddətdə yağmasına səbəb olur. Lakin mövcud kanalizasiya sistemləri belə həcmdə suyu qəbul etmək üçün nəzərdə tutulmayıb. Mövcud sistemlər 7 ay ərzində toplanmalı su həcmini iki gün ərzində qəbul etməli olub ki, bu da texniki baxımdan mümkün deyil".

ADSEA sədri əlavə edib ki, dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil.

Onun sözlərinə görə, problemlərin yaranmasında köhnəlmiş infrastruktur və plansız urbanizasiya da mühüm rol oynayır:

"Problem yalnız infrastrukturun köhnəlməsilə bağlı deyil, buna urbanizasiya- şəhərin əhali baxımından yüklənməsi də təsir edir. Bəzi ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün fərdi nasoslardan istifadə olunur və bu da sistemə əlavə yük yaradır. Bu problemlərin aradan qaldırılması üçün Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramı hazırlanıb. Proqram çərçivəsində kollektor sistemləri yenilənəcək və suların daha effektiv şəkildə idarə olunması təmin ediləcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan#Bakı#Zaur_Mikayılov#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQCəmiyyət

Bakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQ

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir

Bu gün
22:000
Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİCəmiyyət

Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

Bu gün
21:360
Fəhlə iş zamanı həyatını itirdiCəmiyyət

Fəhlə iş zamanı həyatını itirdi

Ağdamda bədbəxt hadisə baş verib.

Bu gün
20:520
Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEOCəmiyyət

Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEO

"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".

Bu gün
20:540