Son dəqiqə
31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİGürcüstan parlamentinin sədri: "Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər""Qarabağ" liderliyini Çempionlar Liqasına qurban verdi? - VİDEO"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEOADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür""Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"
ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"
Cəmiyyət

ADY sədri: "Azərbaycanla Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür"

Bu gün
21:00
0 baxış
Paylaş:

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Report"un Zəngilana ezam olunmuş müxbirinə müsahibə verib. O, müsahibədə regionda dəyişən geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizlərinin artan əhəmiyyətindən danışıb, "Şimal-Cənub" nəqliyyat dəhlizinin strateji rolunu, Azərbaycanın bu marşrutdakı mövqeyini və mövcud infrastruktur imkanlarını dəyərləndirib.

Müsahibədə, həmçinin regional əməkdaşlıq perspektivləri, tranzit yükdaşımalarının genişləndirilməsi və Azərbaycan üzərindən keçən logistika marşrutlarının gələcək inkişaf imkanları barədə mühüm məqamlara toxunulub.

Gundem.today həmin müsahibəni təqdim edir:

- Yaxın Şərqdə baş verən son münaqişə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafına necə təsir göstərdi?

- Əslində, son hadisələr bir daha göstərdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi mürəkkəb geosiyasi şəraitdə də öz əhəmiyyətini qoruyur. Bu münaqişə fonunda dəhlizin alternativ və etibarlı marşrut kimi rolu daha da ön plana çıxıb. Xüsusilə Azərbaycandan keçən şərq qanadı üzrə mövcud buraxılış gücü post-münaqişə dövründə əlavə üstünlüklər yaradıb və yükdaşımaların davamlılığını təmin edib.

- Azərbaycanın dəhliz üzrə mövqeyini necə qiymətləndirirsiniz?

- Bu gün tərəfdaşlarımızla, o cümlədən rusiyalı həmkarlarımızla müzakirələrdə də qeyd olunur ki, "Şimal-Cənub" dəhlizinin Azərbaycandan keçən hissəsi əsas strateji üstünlüklərdən biridir. Bu baxımdan xüsusilə Astara terminalı və ümumilikdə Azərbaycanın logistika infrastrukturu mühüm rol oynayır.

Hazırda infrastruktur layihələrinin təxminən 92%-i tamamlanıb. Əgər hər hansı fors-major hal baş verməzsə, yaxın 2-3 ay ərzində terminalın tam istifadəyə verilməsi gözlənilir.

- ADY Ermənistandan Azərbaycana [Gürcüstan vasitəsilə - red.] yüklərin daşınması imkanlarına malikdirmi? Ermənistan məhsullarının ADY-nin qatarları ilə Azərbaycana tədarükü müzakirə olunurmu?

- Artıq bu gün Azərbaycan dəmir yolu infrastrukturu vasitəsilə həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana yüklərin tranzit daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın idxal rejimi çərçivəsində də yüklər daşınır.

Biz dəmir yolu operatoru olaraq bu yüklərin texniki baxımdan daşınmasını və çatdırılmasını təşkil edirik. Yük sahiblərinin maraqlarından asılı olaraq marşrutları genişləndirmək mümkündür. Bu baxımdan, Ermənistandan Azərbaycana, Ermənistandan Rusiyaya və hətta daha geniş coğrafiyada - məsələn, Çin istiqamətinə qədər daşımaların təşkili potensial olaraq mümkündür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Qazax_rayonu#Zəngilan#Azərbaycan_Dəmir_Yolları_QSC_(ADY)#Şimal-Cənub_beynəlxalq_nəqliyyat_dəhlizi#Azərbaycan_Respublikası#Rusiya

Oxşar Xəbərlər

31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİCəmiyyət

31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.

Bu gün
21:360
Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? - VİDEOCəmiyyət

Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? - VİDEO

Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

Bu gün
20:360
Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTOCəmiyyət

Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.

Bu gün
20:120
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Bu gün
19:480