
Aeroport şosesində AĞIR QƏZA: Ölən var
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "XPeng" markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib. Həyatını itirən sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMU
"Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfəri ambulator müalicə üçün evə buraxılıb".
HadisəXaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.
HadisəSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.