
Bərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.
AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır.
Bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAeroport şosesində AĞIR QƏZA: Ölən var
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
HadisəGoranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMU
"Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfəri ambulator müalicə üçün evə buraxılıb".
HadisəXaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.
HadisəSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.