
Naxçıvan MSK-nın vəzifələri artırılır
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Qanuna dəyişiklik olunur.
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Qanuna dəyişiklik olunur.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Ali Məclisin mayın 6-da keçiriləcək gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının vəzifələri artırılır.
Sənəddə qeyd olunur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Naxçıvan Ali Məhkəməsinə müraciət edəcək.
Naxçıvan Konstitusiyasında qeyd edilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Ali Məclisə seçkinin keçirilməsini mümkün etmədikdə qanunverici orqanın çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvanda seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Ali Məhkəməsi tərəfindən qəbul edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCorcia Meloninin səfəri Azərbaycana nə vəd edir?
Pərviz Heydərov yazır...
SiyasətCorcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"
"Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq".
SiyasətICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub
Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən "İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı"nın ("Natavan Heritage Excellence Award") ilk təqdimat mərasimi olub.
SiyasətPrezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.