
"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başladı
Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu barədə Gundem.today-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
Müraciətlər mayın 4-dən etibarən qəbul edilir, yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən müraciət etmələri tövsiyə olunur.
Müraciətlər bu ildən etibarən yalnız BCC mobil tətbiqi vasitəsilə qəbul olunur və qeydiyyat tamamilə bu platforma üzərindən həyata keçirilir.
2025-ci ildə rekord sayda - 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanBakıda çövkən üzrə dünya çempionatı: Bütün iştirakçılar məlum oldu
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr məlumdur.
İdman"Qarabağ"ın sabiq ulduzu Juninyodan Meksikada möhtəşəm qol - VİDEO
Ağdamın "Qarabağ" klubunun sabiq hücumçusu Juninyo hazırda çıxış etdiyi "Pumas" komandasının heyətində baxımlı qola imza atıb.
İdmanHalkın yeni klubu bəlli oldu
Braziliya yığmasının sabiq hücumçusu Halkın (Givanildo Souza) futbol karyerasındakı növbəti dayanacağı bəlli olub.
İdmanŞimali Koreyanın futbol klubu uzun illər sonra Cənubi Koreyaya gedir
Şimali Koreyanı təmsil edən "Nekohyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) qadınlar arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.