
Ağcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı - FOTO
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedov qətlə yetiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər ötən gün kənddəki toyun "ciyəraxşamı" məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Fotoda Şaiq Mamedov:
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, hadisə kəndin kənarındakı sahədə baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedovun rayonun Arazbarı kənd sakini 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevlə bir gün əvvəl mübahisəsi olub. Məlumata görə, Ş.Mamedov Ə.Əliyevi təhqir edib. Hadisədən sonra evə qayıdan Ə.Əliyev onu öldürmək qərarı verib.
O, evdən mətbəx bıçağı götürərək Yuxarı Qiyaməddinli kəndinə gəlib və Şaiqi görüşə çağırıb. Şaiq də əmisi oğlu Həsən Mamedovla birlikdə Əliniyazla görüşmək üçün kəndin kənarındakı sahəyə gəlib. Əvvəlcə Şaiq Əliniyazla söhbət edib. Söhbət mübahisə ilə nəticələnib və Əliniyaz Şaiqə bıçaq zərbələri endirib. Şaiqin bıçaqlandığını görən əmisi oğlu Həsən hadisəyə müdaxilə etmək istədikdə, Əliniyaz ona da zərbələr endirib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Arazbar kənd sakini, 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Samir Əli
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalQuldurluq etməkdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxundu, biri azadlığa buraxıldı
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalBirgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK
Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.
KriminalBakıda 41 yaşlı qadın faciəli şəkildə öldü
Bakıda 41 yaşlı qadın altıncı mərtəbədən yıxılaraq ölüb.
KriminalAğcabədidə iki əmioğlu öldürüldü - Saxlanılan var
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.