
Quldurluq etməkdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxundu, biri azadlığa buraxıldı
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Samir Əliyevə şərti cəza verilməklə məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb zərərçəkmişlərə dəymiş ziyanın hamısını ödəməsidir.
Təqsirləndirilən şəxslərdən Məhəmməd Şirinzadə dörd il, Elmar Babayev isə dörd il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Zamil Mehralıyev məhkəməyə təqsirləndirilən şəxslərdən Samir Əliyevin 10 il 6 ay və Məhəmməd Şirinzadənin 10 il 6 ay, Elmar Babayevin isə il 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, dəstə üzvləri bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmə, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayəti və silah qismində istifadə edilən pnevmatik tapança ilə quldurluq cinayət əməllərini törədiblər.
Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirvanzadəyə qarşı Cinayət Məcəlləsinin 29, 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluğa cəhd), 177.2.2-ci, 177.2.3-cü (təkrar oğurluq və (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda çimərlikdəki qətlin bəzi təfərrüatı bəlli oldu - MƏHKƏMƏ
Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
KriminalTürkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU
Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.
KriminalAğcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı - FOTO
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
KriminalBirgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK
Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.