
Talassemiya daşıyıcıları evlənərkən nəyə diqqət etməlidirlər? - Həkim TÖVSİYƏSİ - VİDEO
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına əsasən, 2026-cı ildə nikah bağlamaq üçün müraciət edən və müvafiq olaraq analizlər götürülən 745 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına əsasən, 2026-cı ildə nikah bağlamaq üçün müraciət edən və müvafiq olaraq analizlər götürülən 745 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Qeyd edək ki, talassemiya orqanizmin kifayət qədər hemoqlabin istehsal etməməsinə səbəb olan genetik xəstəlikdir. Hazırda ölkəmizdə rəsmi qeydiyyatda olan 3 190 nəfər talassemiya xəstəsi var.
Bəs vətəndaşlar bu xəstəlik və onun daşıyıcılığı barədə nə dərəcədə məlumatlıdırlar?
Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğu zamanı məlum olub ki, bir çoxları bu xəstəlik barədə ya ümumi məlumata malikdir, ya da ümumiyyətlə məlumatlı deyil. Bəzi sakinlər talassemiyanı qan azlığı və ya irsi xəstəlik kimi xarakterizə edib, digərləri isə qohum evliliklərinin bu xəstəliyin yaranmasında rol oynadığını bildirib.
Hematoloq Mireldar Babayevin sözlərinə görə, əgər valideynlərdən biri talassemiya geninin daşıyıcısıdırsa, həmin gen övladlara keçə bilər. Əgər hər iki valideyn daşıyıcı olarsa, uşağın talassemiya xəstəsi olaraq doğulma riski daha da artır.
O bildirib ki, valideynlərdən biri daşıyıcı, digəri isə qeyri-daşıyıcı olduqda, uşaq ya daşıyıcı, ya da tam sağlam doğula bilər. Xəstəliyin birdəfəlik aradan qaldırılması isə yalnız sağlam insanın sümük iliyinin köçürülməsi ilə mümkündür.
Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov isə bildirib ki, Azərbaycanda daha çox alfa və beta talassemiya formalarına rast gəlinir. Onun sözlərinə görə, daşıyıcılarda əsasən profilaktik müalicə aparılır, həmçinin orqanizmdə dəmirin toplanmasının qarşısını alan preparatlardan istifadə olunur.
Mütəxəssis vurğulayıb ki, hamiləlik dövründə perinatal diaqnostika vasitəsilə körpənin ana bətnində talassemiya daşıyıcısı və ya xəstəsi olub-olmadığını müəyyən etmək mümkündür. Belə hallarda ailəyə müvafiq tibbi məsləhətlər verilir.
Həkimlər vətəndaşlara nikahdan əvvəl tibbi müayinələrə ciddi yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, vaxtında aparılan yoxlamalar gələcəkdə sağlam ailənin formalaşmasında mühüm rol oynayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətUyğunsuzluq aşkarlanan 490 baytarlıq preparatı məhv edilib - FOTO
Fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi "Bazalt" müəssisəsinin istehsalı olan "Vettrimerazin Poroşok" əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.
CəmiyyətWUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO
Aprelin 27-də Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.
Cəmiyyət23 yaşlı tiktoker saxlanıldı
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
CəmiyyətHökumət üzvlərinin mayda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.