Son dəqiqə
İtaliya futbolunda VAR qalmaqalı: Prokurorluq araşdırmaya başladıMingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEONetanyahu genişmiqyaslı hücumlar həyata keçirilməsi üçün ƏMR VERDİPakistan və İran regionda sülh səylərini müzakirə ediblərİstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEO"Arsenal" - "Nyukasl Yunayted" oyununda bir qol vuruldu - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO
Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO
Cəmiyyət

Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO

Bu gün
22:00
0 baxış
Paylaş:

Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.

Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.

Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, mülkiyyətlərində olan torpaq sahələri uzun müddətdir qeydiyyata alınmır. Vətəndaşlar yeni tərtib edilən rəqəmsal xəritədə uyğunsuzluq olduğunu və buna görə də çətinliklər yarandığını deyirlər.

"Pay torpağımın bütün sənədləri qaydasında olsa da, rəqəmsallaşma zamanı uyğunsuzluq yaranıb. Üç ildir müraciət etməyimə baxmayaraq, problem həll olunmur. Torpağımı əksəm də, sənədlərdəki uyğunsuzluğa görə bir hektar ərazimin mənə məxsus olmadığı deyilir. Buna görə də dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyaları, gübrə və yanacaq yardımlarını ala bilmirəm. Əslində, torpağım 3 hektar 14 sotdur, lakin rəqəmsal xəritədə bu rəqəm 2 hektar 7 sot kimi göstərilir", - deyə şikayətçi Xanlar Əliyev bildirib. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçmiş Aqrar İslahat Komissiyasının qərarı əsasında vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə torpaq sahələri ayrılıb:

"Torpaq islahatı aparılan zaman kompleks yer quruluşu layihələrində yol verilmiş texniki xətalar nəticəsində torpaq paylarının ölçülərində uyğunsuzluqlar yaranıb. Nümunə olaraq bildiririk ki, bölünəcək ixtiyari bir ərazi ilkin layihədə 50 hektar göstərilərək ailələr arasında bölünüb. Verilmiş dövlət aktlarında pay norması layihəyə görə qeyd edilib. Lakin torpaqların elektron uçotu işləri aparılarkən məlum olur ki, yuxarıda qeyd olunan layihədəki 50 hektar ərazi faktiki olaraq yerdə, yəni naturada 45 hektardır. Bu səbəbdən də ərazidə torpaq çatışmazlığı yaranıb. Yeni uçot zamanı həmin ərazilər torpaq payı alan ailələr arasında proporsional qaydada azaldılıb. Vətəndaşların müraciətləri əsasında qeyd olunan torpaq sahələri dövlət reyestrində qeydiyyata alınıb, həmçinin naturada ölçülərək faktiki mövcud vəziyyətə uyğun olaraq vətəndaşlara tanıdılıb və bu barədə müvafiq aktlar tərtib edilib".

O da qeyd olunub ki, elektron uçot zamanı yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə mərhələli şəkildə dürüstləşmə işləri aparılır və Ağcabədi rayonunun Qaraxanlı kəndi üzrə də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ağcabədi#Əmlak_Məsələləri_Dövlət_Xidməti_(ƏMDX)

Oxşar Xəbərlər

Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEOCəmiyyət

Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEO

Mingəçevirdə güclü külək fəsadlar törədib.

Bu gün
23:240
İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEOCəmiyyət

İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEO

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.

Bu gün
22:480
Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEOCəmiyyət

Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO

Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.

Bu gün
22:240
"Şəkili Pərviz" həbs olunduCəmiyyət

"Şəkili Pərviz" həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən tiktoker həbs edilib.

Bu gün
21:480