
Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO
Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.
Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.
Gundem.today "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxtın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.
Avtomobilin sahibinin sözlərinə görə, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.
Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMaşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.
CəmiyyətMingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEO
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Cəmiyyətİstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.
CəmiyyətAğcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO
Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.