
Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu - VİDEO
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, güclü külək nəticəsində şəhərin Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının yaxınlığındakı irigövdəli ağacın böyük bir budağı qırılaraq binanın üzərinə düşüb.
Hadisə nəticəsində dördüncü mərtəbədə yaşayan Sevil Nağıyevaya məxsus mənzilin eyvanına ziyan dəyib. "Qəfildən bərk səs gəldi, əvvəlcə nə baş verdiyini anlamadıq. Oğlum məni səslədi və gördüm ki, ağac budağının bir hissəsi yataq otağının daxilində, digər hissəsi isə çöldə qalıb. Çox təşvişə düşdük", - Sevil Nağıyeva söyləyib.
Qeyd edək ki, küləyin yaratdığı fəsadlar müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Bölgədə küləkli hava şəraiti isə davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətMaşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.
Cəmiyyətİstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.
CəmiyyətTəmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO
Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.