
Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıblar.
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıblar.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlar idarə etdikləri "Mercedes" və "Tofaş" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAğstafada məktəbdə BIÇAQLI İNSİDENT: 8-ci sinif şagirdi xəstəxanalıq oldu
Ağstafa rayonundakı məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsindən rəsmi açıqlama verilib.
KriminalAğstafada məktəbdə BIÇAQLI İNSİDENT
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
KriminalBeynəlхalq axtarışda olan iki şəxs ölkəmizə ekstradisiya edildi
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Şəhruddin Süleyman oğlu Göylərov və Elşad Adil oğlu Ələsgərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
KriminalGoranboyda kişi bıçaqlandı - Ata və oğlu SAXLANILDILAR
Goranboy sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.