
Kür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
Qurumdan Gundem.today-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
"Bu nəzərə alınaraq, Mingəçevir su anbarında və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Kür çayının aşağı axınına saniyədə 700 kubmetr su buraxılır. Suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Agentliyin Regional Su Meliorasiya Xidməti qabaqlayıcı tədbirlər görür.
Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan subasma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.
Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri mütəmadi monitorinqlər aparır və vəziyyət tam nəzarət altındadır", - deyə məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazir Arzu Qarazadəyə vəzifə verdi - FOTO
"Pirallahı Gənclər Evi" sosial xidmət müəssisəsinə yeni direktor vəzifəsinə təyin olunub.
CəmiyyətTƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"
"Bəzi kütləvi informasiya vasitələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur".
CəmiyyətŞirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
"Upsilon" şirkəti 2024-2025 ci illərdə Lerikdə internet xətti çəkilişlərinə başlayıb. Layihə çərçivəsində rayon üzrə 40-a yaxın şəxs işə cəlb olunub və onlarla əmək müqaviləsi imzalanıb.
CəmiyyətSel və daşqın sularından mühafizə üçün 2.4 milyon manat xərclənəcək
Tərtərçay ətrafında sel və daşqın sularından mühafizə tədbirləri üçün işlər görüləcək.