
Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşasını həyata keçirən şirkətin əməkdaşı döyülüb.
Gundem.today-ın məlumatına görə, hadisə Ağsu rayonunun Kalva kəndində yol tikintisi zamanı baş verib.
Rayon ərazisində fəaliyyət göstərən "Soyuqbulaq" restoranının sahibi Qorqud Məmmədov (soyad şərtidir - red.) şirkətin şəxsi heyət və texnikalarının qarşısını kəsərək yolun tikintisini dayandırmağı tələb edib. Sərxoş vəziyyətdə olan obyekt rəhbəri yolun bir hissəsinin ona məxsus restorana yaxın ərazidən keçdiyini iddia edib.
O, işçilərə bildirib ki, şirkətin rəhbəri əraziyə gəlməli və ona kompensasiya ödənilməlidir.
Əməkdaşlar sahibkarı sakitləşdirməyə çalışsalar da, Q.Məmmədov onlara məhəl qoymayıb və uzunluğu təxminən 1.7 metr olan armaturu götürərək şirkətin iş icraçısı Fərhad Ağayevə (soyad şərtidir - red.) hücum edib. Məmmədov iş icrasının başına və boyun nahiyəsinə həmin əşya ilə ağır xəsarətlər yetirib, həmçinin şirkətin texnikalarına ciddi ziyan vurub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, sahibkar isə oradan uzaqlaşa bilib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Q.Məmmədov yeri müəyyənləşdirilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Məmmədov 5 il azadlıqdan məhrum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəLənkəranda ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı: İki qadın xəsarət aldı - FOTO
Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.
HadisəBakıda təkər təmiri sexində yanğın olub - VİDEO
Bakı şəhəri, Xətai rayonunda təkər təmiri sexində yanğın olub.
Hadisə37 yaşlı kişini elektrik cərəyanı vurdu
Zaqatalada bədbəxt hadisə baş verib.
HadisəGəncədə ağır qəza: Ölən var
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.