Son dəqiqə
Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır" - VİDEOTalassemiya daşıyıcıları nələri bilməlidirlər? - Hematoloqdan TÖVSİYƏ - FOTO"Zirə" ilə həlledici duel: Valdas Dambrauskas azarkeşlərə hücum futbolu vəd etdi"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTOUğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" - VİDEO"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. AHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
AHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Digər

AHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Bu gün
12:22
0 baxış
Paylaş:

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra ulu öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, ümummilli liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir ümummilli liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri - Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər - Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Heydər_Əliyev#Ümummilli_Lider#103-cü_ildönümü#Bakı_Konqres_Mərkəzi#AHİK#Xalq_üçün_yaşanan_ömür#anım_tədbiri#Mehriban_Əliyeva#Heydər_Əliyev_Fondu#İlham_Əliyev#konsert_proqramı#dövlətçilik

Oxşar Xəbərlər

"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTODigər

"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTO

Qlobal texnologiya brendi "HONOR Azərbaycan"da premium orta seqmentdə inqilab yaradan "HONOR 600" seriyasını təqdim etdi. Yeni cihazlar qabaqcıl AI imkanlarını, flaqman kamerasını və rekord həcmdə batareya ömrünü birləşdirərək istifadəçilərə yalnız ən yüksək modellərdə mövcud olan texnologiya səviyyəsini təklif edir.

Bu gün
14:560
İRİA "Mastercard"la Anlaşma Memorandumu imzalayıbDigər

İRİA "Mastercard"la Anlaşma Memorandumu imzalayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Mastercard" şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu gün
12:160
"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEODigər

"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEO

Ölkənin mebel sektorunda aparıcı lokomotiv olan "SALOGLU Mebel"də uzun müddətdir davam edən "Bütün Mebellər Fabrik Qiymətinə" kampaniyası artıq yekunlaşır.

Bu gün
11:360
"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının son tarixi açıqlandı - VİDEODigər

"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının son tarixi açıqlandı - VİDEO

Ölkənin mebel sektorunda aparıcı lokomotiv olan "SALOGLU Mebel"də uzun müddətdir davam edən "Bütün Mebellər Fabrik Qiymətinə" kampaniyası artıq yekunlaşır.

Bu gün
11:360