
Siyasi kampaniyalar iflasa uğrayır: Aİ Azərbaycanla əməkdaşlığı dərinləşdirir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri son illərdə formalaşan Avropa İttifaqı-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnaldır. Bu səfər, xüsusilə də regionda dəyişən geosiyasi reallıqlar fonunda tərəflər arasında etimadın qorunduğunu və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.
Son dövrlər Avropa Parlamentinin Azərbaycan əleyhinə təşəbbüsləri diqqətdən yayınmır. Müxtəlif siyasi platformalarda Bakı ilə münasibətlərə xələl gətirmək cəhdləri, o cümlədən Okamponun rəsmi Bakıya qarşı fəaliyyəti bu kontekstdə xüsusi yer tutur. Lakin bu cəhdlər real siyasi proseslər fonunda effekt vermir.
Çünki paralel olaraq, Aİ-nin icraedici qanadı, xüsusilə, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər sabit və davamlı xətt üzrə inkişaf edir. Bu isə onu göstərir ki, siyasi ritorika ilə praktik əməkdaşlıq arasında ciddi fərq mövcuddur və tərəflər strateji maraqları üstün tuturlar.
"Avropa Siyasi Birliyi" Zirvəsindən sonra Kallasın Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə davam etdiyinin məntiqi davamıdır. Qeyd edilməlidir ki, o, bundan əvvəl də Bakıya səfər edib və müxtəlif beynəlxalq platformalarda İlham Əliyev ilə görüşlər keçirib.
Bu gün Aİ-Azərbaycan münasibətlərinin əsasını siyasi dialoq təşkil edir. Xüsusilə tərəflər arasında imzalanmış sənədlər və birgə bəyanatlar münasibətlərin artıq taktiki deyil, strateji xarakter daşıdığını açıq şəkildə ortaya qoyur.
Hazırda əməkdaşlıq üç əsas institusional mexanizm üzərində qurulub:
- nəqliyyat dialoqu
- enerji təhlükəsizliyi dialoqu
- təhlükəsizlik dialoqu
Bu mexanizmlər tərəflər arasında münasibətlərin sistemli və uzunmüddətli əsaslarla inkişaf etdiyini göstərir.
Avropanın enerji xəritəsi son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Bu fonda Azərbaycanın rolu daha da ön plana çıxır. Rəsmi Bakı artıq Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi qəbul edilir və bu, Aİ rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb.
Bu gün Azərbaycan qazı 10 Avropa ölkəsinə ixrac olunur. Xəzər regionunda baş verən proseslər və alternativ enerji mənbələrinə artan tələbat fonunda bu əməkdaşlıq daha da strateji əhəmiyyət qazanır. Son olaraq Avstriya və Almaniya kimi ölkələrin də enerji təchizatı məsələsində Azərbaycana müraciət etməsi bu reallığın bariz göstəricisidir.
Azərbaycan yalnız enerji deyil, həm də nəqliyyat və logistika baxımından Avropa üçün vacib tərəfdaşdır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, o cümlədən TRİPP təşəbbüsü regionun yeni iqtisadi xəritəsini formalaşdırır.
Bu layihələr Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz nəqliyyat dəhlizlərinin yaradılmasına xidmət edir. Aİ tərəfindən təşəbbüslərin müsbət qiymətləndirilməsi Azərbaycanın geoiqtisadi rolunun artdığını göstərir.
Həmçinin Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycan sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" sammitindəki çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır və bir çox ekspertlər tərəfindən tarixi çıxış kimi dəyərləndirilir.
Bu konteksdə regionda iqtisadi əlaqələrin tədricən bərpası da diqqət çəkir. Ermənistan ilə iqtisadi münasibətlərin formalaşması qarşılıqlı maraqlar üzərində qurulur və bu proses regional sabitliyə töhfə verir.
Eyni zamanda, Azərbaycan enerji sahəsində region ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış etməyə davam edir. Yaxın Şərqdə baş verən proseslər fonunda Ermənistanın enerji qıtlığı ilə üzləşməsi ehtimalı mövcud idi. Lakin Azərbaycanın iştirakı və regional enerji balansına verdiyi töhfə nəticəsində bu risk minimuma endirilib və ölkədə enerji qiymətlərinin sabit qalması təmin olunub.
Yekun olaraq, Kaya Kallasın Bakıya səfəri göstərdi ki, bütün siyasi təzyiq və əsassız informasiya kampaniyalarına baxmayaraq, Aİ-Azərbaycan münasibətləri real maraqlar və qarşılıqlı ehtiyaclar üzərində qurulub. Enerji, nəqliyyat və təhlükəsizlik kimi fundamental sahələrdə əməkdaşlıq tərəfləri bir-birinə daha da yaxınlaşdırır.
Bu reallıq isə onu deməyə əsas verir ki, Brüsseldə bəzi dairələrin səylərinə baxmayaraq, Bakı ilə Avropa arasında qurulan strateji körpü artıq möhkəm təməllər üzərində dayanır və yaxın perspektivdə daha da güclənəcək.
Aqil Vəlili
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAvropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir".
SiyasətRusif Hüseynov: "Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlığı real nəticələr verib"
"Müharibədən sonrakı mərhələdə Azərbaycan Ermənistanla münasibətlərdə ikitərəfli formatı üstün tutur".
SiyasətMeloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - VİDEO
Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.
Siyasətİrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...
Cənubi Qafqaz regionundakı geosiyasi dəyişikliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Sözsüz ki, bu dəyişikliklərin kökündə uzun illər müharibə və qeyri-sabitlikdən əziyyət çəkən regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkəmizin öndərliyində formalaşdırılan sülh şəraiti dayanır. Bu gün Türkiyə və Azərbaycan əl-ələ verib regionun gələcəyinə yön verir və bu prosesdə hətta uzun illər torpaqlarımızı işğal altında saxlayan, bir çox müharibə cinayətlərinə imza atan və nəhayət 4