
Aliment pullarını mənimsəməkdə ittiham olunan vəzifəli şəxs işdən çıxarıldı
Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminalİnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.
Kriminal"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir
ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.
KriminalGömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu
Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəcəf Yusifovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KriminalŞirvanda keçmiş məhkum eyni əmələ görə tutuldu - VİDEO
Şirvanda 8 kiloqram narkotik vasitə aşkarlanıb.