
İranın uranı zənginləşdirməsini dayandırması ilə bağlı yeni təklif
İslamabadda ABŞ ilə danışıqlarda İran uranın zənginləşdirilməsini beş ilə qədər təxirə salmağı təklif edib.
İslamabadda ABŞ ilə danışıqlarda İran uranın zənginləşdirilməsini beş ilə qədər təxirə salmağı təklif edib.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd edək ki, buna bənzər digər təklif fevral ayında Cenevrədə baş tutan dialoq zamanı da səsləndirilmişdi.
İran əvvəllər zənginləşdirmə prosesini 10 ildən az müddətə dayandırmağı təklif etmişdi.
İslamabadda keçirilən son görüşlərdə ABŞ isə Tehrana uranın zənginləşdirilməsində 20 illik məhdudiyyət tətbiqini istəyib.
Vaxtla bağlı ciddi fikir ayrılıqları olsa da, tərəflərin razılığa gəlmək ehtimalı qalır.
Ağ Ev bu məsələdə yekun qərar olmadığını, yalnız danışıqların davamının razılaşdırılmasının müzakirə edildiyini bildirib.
Aprelin 11-dəki görüşdə də razılıq əldə olunmayıb və dialoqun gələcəyi hələ qeyri-müəyyəndir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.
DünyaPezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı
"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".
DünyaABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
DünyaKamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib.