
Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı - Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRDÜ
Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.
Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.
Gundem.today xəbər verir ki, bu barədə "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey qarşısında silahlı insident baş verib.
Gundem.today xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs məktəb ərazisinə daxil olaraq nizamsız şəkildə atəş açıb. Hadisə nəticəsində yeddi nəfərin yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar. Hadisə ilə bağlı araşdırma başlayıb.
Публикация от Gundem.today Türkçe (@oxuazturkce)
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də Livan və İsrail arasında baş tutacaq danışıqların mövzusu açıqlandı
Livan və İsrail arasında bu gün axşam saatlarında Vaşinqtonda keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.
Dünyaİranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.
DünyaPezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı
"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".
DünyaABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.