
Almaniya avtomobil zavodlarını silah fabrikinə çevirir - 1 trilyon avroluq plan
Almaniya uzun müddət Avropanın ən güclü iqtisadiyyatı hesab edilirdi. Lakin yanacaq defisiti və istehsal həcminin aşağı düşməsi səbəbindən iqtisadi tənəzzülün qaçılmaz olduğu vurğulanır. Ölkə rəhbərliyi yaranmış iqtisadi problemlərdən çıxış yolunu müəyyənləşdirib. Belə ki, Berlin dövləti böyük bir hərbi sənaye mərkəzinə çevirmək niyyətindədir.
Almaniya uzun müddət Avropanın ən güclü iqtisadiyyatı hesab edilirdi. Lakin yanacaq defisiti və istehsal həcminin aşağı düşməsi səbəbindən iqtisadi tənəzzülün qaçılmaz olduğu vurğulanır. Ölkə rəhbərliyi yaranmış iqtisadi problemlərdən çıxış yolunu müəyyənləşdirib. Belə ki, Berlin dövləti böyük bir hərbi sənaye mərkəzinə çevirmək niyyətindədir.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
"Berlin Avropa qitəsinin əsas hərbi sənaye mərkəzinə çevrilmək istəyir. Dünyadakı iqtisadi qeyri-sabitlik, geosiyasi təhlükələr və Çin tərəfindən güclənən rəqabət avtomobil istehsalı sektorunu ciddi tənəzzülə uğradıb. Mühərrik hissələrindən təhlükəsizlik yastıqlarına kimi müxtəlif detallar istehsal edən qlobal avtomobil komponentləri tədarükçüsü indi öz fəaliyyətini sürətlə müdafiə sahəsinə yönəldir",-deyə xəbərdə qeyd olunur.
Avropa İttifaqı və Almaniyada qəbul edilən yeni qanunvericilik aktları hərbi sənaye müəssisələrinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirib. İrihəcmli dövlət sifarişləri və yeni maliyyələşmə proqramları sayəsində müdafiə sektoruna təqribən 1 trilyon avro (təqribən 1.2 trilyon dollar) məbləğində investisiya cəlb edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli həbs edilib.
DünyaKallas: "Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir"
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
Dünyaİran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü çıxarılması ilə bağlı iddiasını təkzib edib.