
Andrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEO
"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır".
"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır".
Gundem.today xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
"Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab Prezidentlə Davosda görüşmüşdük, bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda, Sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram.
Ölkələrimiz arasında Birgə İqtisadi Komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitse-premyer cənab Havliçik rəhbərlik edəcəkdir. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez - bu il başlamalıdır ki, biz bütün bu layihələrdə irəli gedə bilək.
Enerjiyə gəldikdə, biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da "ETS1", "ETS2" ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik, çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız", - deyə baş nazir əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO
Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.
SiyasətZelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEO
Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri ümumilikdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin nümayişi baxımından əhəmiyyətli olsa da, verilən bəyanatlar içərisində ən çox diqqətçəkən məqam ölkələrin müdafiə sahəsində əməkdaşlığının perspektivi ilə bağlı olub.
Siyasətİlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO
"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".
SiyasətRegionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.