
Kriştianu Ronaldunun effektiv diyeti: Rusiyalı mütəxəssis futbolçunun qidalanmasını dəyərləndirib
Məşhur futbolçu Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Corco Barone futbolçunun ciddi pəhriz rejimi barədə məlumat verib. 41 yaşlı superulduz şəkər, süd və undan tamamilə imtina edib. İdmançı karbohidratları əsasən tərəvəzlər vasitəsilə qəbul edir, şam yeməyində isə balıq və ya ət filesi kimi yüngül qidalara üstünlük verir.
Məşhur futbolçu Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Corco Barone futbolçunun ciddi pəhriz rejimi barədə məlumat verib. 41 yaşlı superulduz şəkər, süd və undan tamamilə imtina edib. İdmançı karbohidratları əsasən tərəvəzlər vasitəsilə qəbul edir, şam yeməyində isə balıq və ya ət filesi kimi yüngül qidalara üstünlük verir.
Gundem.today xəbər verir ki, rusiyalı diyetoloq Anton Polyakov "Aif.ru" saytına verdiyi müsahibədə Ronaldunun qidalanma rejimini qiymətləndirib.
Ekspert bu menyunun olduqca səmərəli olduğunu vurğulayıb:
"Ronaldu "eliminasiya pəhrizi"nin yüngül modifikasiyasını həyata keçirir. Bu rejim orqanizmdə iltihaba, maye toplanmasına və çəki artımına səbəb ola biləcək qlüten tərkibli məhsulların, süd məhsullarının, həmçinin qarğıdalı, günəbaxan və kanola yağlarının rasiondan çıxarılmasını nəzərdə tutur".
Diyetoloqun sözlərinə görə, bu yanaşma formatında müəyyən qida qrupları və allergiyaya səbəb ola biləcək məhsullar bir neçə aylıq müddətə rasiondan kənarlaşdırılır:
"Qidalar orta hesabla 6 ay müddətinə rasiondan çıxarılır. Daha sonra ayda bir dəfə bir qida qrupu əlavə olunur və orqanizmin buna reaksiyası, sağlamlıq vəziyyəti və çəki dəyişikliyi izlənilir. Əgər heç bir mənfi dəyişiklik baş vermirsə, həmin qidalar rasiona qaytarıla bilər. Lakin mənfi simptomlar müşahidə olunarsa, bu məhsullar ömürlük rasiondan çıxarılmalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-dən avtomobil almaq istəyənlərin nəzərinə: Tələyə düşə bilərsiniz
ABŞ-nin Şimali Karolina ştatının sakini "Lexus GX 550" avtomobili almaq istəyərkən 77 300 dollardan çox vəsaitini itirib.
DünyaBəhreyndə İranın hücumlarını dəstəkləyən onlarla insan vətəndaşlıqdan məhrum edildi
Bəhreyn hakimiyyəti İranın hərəkətlərinə dəstək verdiklərinə və xarici təşkilatlarla əməkdaşlıq etdiklərinə görə 69 nəfəri, o cümlədən onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.
DünyaKİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edir
ABŞ vitse-prezidenti Cey. Di. Vens qapalı iclaslarda Pentaqonun İranla müharibə ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü dəfələrlə şübhə altına alıb.
DünyaŞri-Lankada 110 kiloqramdan çox narkotik daşıyan buddist rahiblər ələ keçdilər
Şri-Lankanın hüquq-mühafizə orqanları Kolombonun şimalında yerləşən Bandaranaike Beynəlxalq Hava Limanında 110 kiloqramdan çox narkotik vasitə daşıdıqlarına görə 22 buddist rahibi saxlayıb. Bu, aeroportun tarixində qeydə alınan ən böyük narkotik müsadirəsi hesab olunur.