
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfəri barədə paylaşım edib.
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfəri barədə paylaşım edib.
Gundem.today xəbər verir ki, A.Babiş səfər təəssüratlarını öz "Facebook" hesabında paylaşıb.
"Yanvar ayında Davosda keçirilən konfransda mən İlham Əliyevə söz vermişdim ki, Avropa İttifaqından kənara ilk səfərimi Azərbaycana edəcəyəm. Bu vədi yerinə yetirə bildiyimə və Qəbələdə onun iqamətgahına dəvətini qəbul etdiyimə görə şadam", - o qeyd edib.
Dostyana qəbul üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən baş nazir bildirib ki, ötən il ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 42 milyard təşkil edib. O qeyd edib ki, bunun əsas hissəsini Azərbaycan neftinin Çexiyaya tədarükü təşkil edib.
"Biz İlham Əliyev ilə razılaşdıq ki, digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək istəyirik. Qaz təchizatı üzrə uzunmüddətli müqaviləyə böyük maraq göstəririk, buna görə də ČEZ nümayəndələri də bizimlə buradadır və mən inanıram ki, buna nail olacağıq. Prezident Əliyev əsasən enerji və sənaye sahələrində əməkdaşlıqla məşğul olacaq hökumətlərarası iqtisadi komissiyanın yaradılmasını təklif etdi. Çexiya tərəfdən ona Karel Havliçek, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək", - A.Babiş vurğulayıb.
O, Karlovı Varı hava limanının inkişafı və çex şirkətləri ilə əməkdaşlıq barədə konkret layihələrin müzakirə olunduğunu bildirib.
"Bu şirkətlər Azərbaycan bazarını yüksək qiymətləndirir və məsələn, çex silahları burada mühüm tədarükçülər sırasındadır. Bu gün biz 77 Azərbaycan və 50 çex şirkəti nümayəndəsinin iştirak etdiyi Azərbaycan-Çexiya biznes forumunda bu müzakirələri davam etdiririk", - baş nazir yazıb.
Eyni zamanda Çexiya dövlət rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
"Əlbəttə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirəm və buna görə də Prezident İlham Əliyevi və xanımını məmnuniyyətlə Çexiyaya dəvət etdim. Bu mənim üçün böyük şərəf idi və gələcək əməkdaşlığa ümid edirəm", - A.Babiş əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətÇexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"
"Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər".
SiyasətSəbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"
"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir".
Siyasətİlham Əliyev: "Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq"
"Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var".
SiyasətPrezident: "Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk"
"Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk".