
Andrey Babişin Qəbələ səfərinin PƏRDƏARXASI: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi – FOTO
Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Tərəfdaşlıqdakı inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.
Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Tərəfdaşlıqdakı inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.
Azərbaycanın çoxsaylı strateji müttəfiqləri arasında yer alan Çexiya ölkəmizin müxtəlif qurumlarda ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.
Baş nazirin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun gücləndiyini göstərən mühüm mesajdır. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir.
A.Babişin səfərindən əvvəl Litvanın Baş naziri İnqa Ruqinienen, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəmizə ard-arda səfər ediblər. Bütün bunlar da təsadüfi deyil: Azərbaycan beynəlxalq arenada artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Strateji önəm kəsb edən Azərbaycan-Çexiya münasibətləri
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Baş nazir Andrey Babiş ölkələrimiz arasında münasibətləri strateji adlandırıb və "bizim çox səmimi dostluq münasibətlərimiz var" deyib. O əlavə edib ki, Azərbaycan və Çexiya geniş iqtisadi potensialı olan ölkələrdir və bu da iqtisadi sahədə fəal əməkdaşlığa geniş imkanlar yaradır.
Çexiya Baş nazirini səfər zamanı geniş biznes heyəti müşayiət edir ki, bu da səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir.
Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir:
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir".
Çexiya-Azərbaycan münasibətlərinin institusional bazasına nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əməkdaşlığın tarixi uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir.
Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Keçən il ölkələr arasında 814.73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
Azərbaycanla Çexiya arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır.
Azərbaycan-Çexiya münasibətləri - keyfiyyətcə yeni mərhələ
Ölkələrimiz arasında əməkdaşlıq təkcə iqtisadi sferanı əhatə etmir. Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayıb. O bildirib ki, səfər iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir:
"Bizim çox fəal siyasi di
Oxşar Xəbərlər
DünyaRusiyadan avropalı məmurlarla bağlı qadağa
Rusiya Ukrayna Silahlı Qüvvələrinə kömək edən avropalı məmurların və Avropa İttifaqı (Aİ) ölkələri nümayəndələrinin ölkəyə girişini qadağan edib.
DünyaBritaniyada yanacaq kəskin bahalaşdı: Londonda etirazlar başladı
Britaniyada yanacağın kəskin bahalaşması kütləvi narazılığa səbəb olub.
DünyaRusiya silahlı qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya silahlı qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Dünyaİsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların yeraltı tunellərini məhv edib - VİDEO
Qəzza zolağının şimal hissəsində 14 kilometrlik yeraltı tunellər məhv edilib və təxminən 70 terrorçu öldürülüb.