
Argentina prezidenti İsrailin ali mükafatı ilə təltif olunacaq
İsrail Prezidenti Isaak Hersoq argentinalı həmkarı Xavier Mileiyə Prezidentin Şərəf Medalını təqdim etmək qərarına gəlib.
İsrail Prezidenti Isaak Hersoq argentinalı həmkarı Xavier Mileiyə Prezidentin Şərəf Medalını təqdim etmək qərarına gəlib.
Gundem.today "mignews.com"a istinadən xəbər verir ki, mükafat Argentinanın dövlət başçısının İsrailə planlaşdırılan səfəri zamanı təqdim ediləcək.
Bildirilir ki, bu qərar Mileyin İsrailə verdiyi güclü dəstək və beynəlxalq səviyyədə antisemitizmə qarşı fəaliyyəti ilə əlaqədardır. Qeyd olunur ki, sözügedən medal İsrailə və ya bəşəriyyətə mühüm töhfə vermiş şəxslərə təqdim olunur.
Açıqlamada həmçinin vurğulanıb ki, Mileyin siyasəti Argentinanı İsrailin əsas tərəfdaşlarından birinə çevirib. Bu, həm diplomatik dəstək, həm də Argentinanın səfirliyinin Qüdsə köçürülməsi kimi addımlarla ifadə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyada 13 yaşlı qız 109 cinayət əməlində təqsirli bilinir
Avstraliyada 13 yaşlı qız 109 müxtəlif cinayət əməli törətməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
DünyaZukerberqin rəqəmsal əkizi: "Meta" rəhbəri işçilərlə avatarı vasitəsilə danışacaq
"Meta" şirkətinin qurucusu və baş direktoru Mark Zukerberq əməkdaşlarla canlı rejimdə ünsiyyət qura biləcək rəqəmsal süni intellekt avatarını inkişaf etdirir.
DünyaCAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb
Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb.
Dünya"Roblox" uşaqlar üçün yeni qaydalar tətbiq edir
"Roblox" populyar oyun platforması uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiqini elan edib.