
Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.
Daha sonra Ayxan Vəlizadə sərbəst ifadə verərkən hadisəni ailə-məişət məsələləri zəminində törətdiyini vurğulayıb:
"Ailədə həmişə söz söhbət salırdı atam. Anamı həmişə döyürdü, onun bu əməlinin qarşısını ala bilmirdik. Bacıma da bir neçə dəfə əl qaldırmışdı. Anama həmişə iftira atırdı ki, xəyanət edirsən. Biz bacı-qardaş anamızı müdafiə edəndə bizi də ona qatırdı. Hadisə günü evə gələndə gördüm ki, yenə hay-küy salıb. Bacıma deyinirdi, anam müdafiə edəndə yenə əl qaldırdı ona. Bıçağı götürüb bacıma hücum çəkəndə anam bıçağı aldı ondan, əli kəsilmişdi. Nə oldu ondan sonra oldu, mən necə vurmuşam onu xəbərim olmayıb".
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsinin "Gülçülük sovxozu" ərazisində baş verib.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAnasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib
KriminalBakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar - FOTO
Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KriminalDostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ
Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.
KriminalMəhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Cəzaçəkmə müəssisəsində məhbus yoldaşını öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.