Son dəqiqə
Sürücülərin bal limiti artırıla bilər? - VİDEOPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 06.05.2026Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Bakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı
Bakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı
İdman

Bakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı

Bu gün
17:24
0 baxış
Paylaş:

"Dünya idman paytaxtı" qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək.

"Dünya idman paytaxtı" qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək.

Gundem.today xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, "SportAccord" və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər. Beləliklə, 9-13 may 2027-ci il tarixlərində paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.

"SportAccord"un prezidenti professor Uğur Erdener bildirib:

"Bakı mənim üçün xüsusi əhəmiyyət daşıyır və əminəm ki, bu şəhər konvensiyamızın növbəti tədbirini ən yüksək səviyyədə təşkil edəcək. Bu proses ərzində azərbaycanlı tərəfdaşlarımızın nümayiş etdirdiyi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Biz konvensiyanın qlobal idman hərəkatı üçün rolunu və əhəmiyyətini daha da inkişaf etdirməyə davam edirik. Bu baxımdan, tədbir "SportAccord" üçün də mühüm mərhələ olacaq".

"Dünya idman paytaxtı" olaraq, Bakı bu mötəbər tədbirə hazırdır. Azərbaycan beynəlxalq idman ictimaiyyətini qarşılamağı və "SportAccord" ilə davamlı tərəfdaşlığını əks etdirən bu tədbirə ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Əminik ki, 9-13 may 2027-ci il tarixləri beynəlxalq idmanın gələcəyi üçün mühüm mərhələ kimi yadda qalacaq", - Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov bildirib.

"SportAccord", həmçinin cari il ərzində bir sıra təşəbbüslər üzərində fəaliyyətini davam etdirir və yaxın həftələrdə əlavə yeniliklərin açıqlanması nəzərdə tutulur. Eyni zamanda, təşkilat konvensiyanın gələcək tədbirləri ilə bağlı bir neçə digər şəhərlə müzakirələr aparır və qarşıdakı illər üçün əlavə ev sahibi şəhərlərin elan olunması planlaşdırılır. Bu isə "SportAccord"un qlobal fəaliyyətinin genişlənməsini və inkişaf dinamikasını əks etdirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#SportAccord_Dünya_İdman_və_Biznes_Sammiti#Bakı

Oxşar Xəbərlər

Prestianni ikioyunluq kənarlaşdırıldıİdman

Prestianni ikioyunluq kənarlaşdırıldı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.

Bu gün
17:360
FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?İdman

FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.

Bu gün
17:360
"İnter"in sabiq çempionu vəfat etdi - FOTOİdman

"İnter"in sabiq çempionu vəfat etdi - FOTO

"İnter"in heyətində ölkə çempionu adını qazanmış məşhur futbolçu Evaristo Bekkalossi 70 yaşında vəfat edib.

Bu gün
12:400
Keti Perri Bakıya gəlir - FOTO - VİDEOİdman

Keti Perri Bakıya gəlir - FOTO - VİDEO

Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.

Bu gün
12:110