
Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"
"Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb".
"Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz əməkhaqqının beş misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22.4 milyon ədəd ödəniş kartının 20.3 milyonu debet, 2.1 milyonu kredit kartı olub. Son bir ildə debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb. Kartların ümumi sayında 10% artım qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatQızıl xeyli bahalaşdı
"Comex" ticarət birjasında 2026-cı ilin iyun ayı üzrə tədarük ediləcək qızıl füçerslərinin dəyəri 2026-cı il aprelin 27-dən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 4 700 dollar həddini aşıb.
İqtisadiyyatQaz yanacağı ilə işləyən avadanlıqlarla bağlı YENİ QƏRAR
"Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)" təsdiq edilib.
İqtisadiyyatAzərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.
İqtisadiyyatBakının ən böyük sənaye parkının ərazisi genişləndirilir
Paytaxtın ən böyük sənaye parklarından olan Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar infrastrukturun yaradılması üzrə layihə-smeta sənədləri hazırlanması işlərinə başlanılacaq.