
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.
Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə TASS-a İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi açıqlama verib.
Bir qədər əvvəl "TOLO News" telekanalı Əfqanıstan ordusunun nümayəndələrinə əsaslanaraq Pakistan aviasiyasının ölkənin hava sərhədlərini pozduğuna dair məlumat yaymışdı. Kabil ilə İslamabad arasında razılaşdırılmış atəşkəs martın 24-də yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə martın 23-də saat 23:00-da) yekunlaşıb. Razılaşmanın müddətinin uzadılması ilə bağlı tərəflərin heç birindən rəsmi bəyanat gəlməyib.
"Hərbi əməliyyatlara verilən fasilə martın 23-dən 24-nə keçən gecə bitdi. Hazırda "Qəzab lil-Haq" (urdu dilindən tərcüməsi "Haqlı Qəzəb" deməkdir - red.) adlı əməliyyat icra olunur", - deyə rəsmi nümayəndə mətbuat konfransında media işçilərinin suallarına cavab olaraq qeyd edib.
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar fevralın 26-da axşam saatlarında bərpa olunmuşdu. Kabil bəyan etmişdi ki, hərbi addımlar Pakistan tərəfinin Əfqanıstan torpaqlarına təşkil etdiyi son aviazərbələrə cavab xarakteri daşıyır. Pakistanın Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif isə dövlətinin Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hökuməti ilə açıq hərbi münaqişə şəraitində olduğunu bildirmişdi.
Xatırladaq ki, martın 18-də Kabil və İslamabad ramazan ayına görə beşgünlük atəşkəs barədə razılığa gəlmişdilər. Bu prosesdə Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçilik missiyasını yerinə yetirmişdilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın Honşu adasının şərq sahilləri yaxınlığında, Sakit okean akvatoriyasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
DünyaMÜSİAD-ın keçmiş prezidenti Bayram Ali Bayramoğlu həbs edildi
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) keçmiş prezidenti Bayram Ali Bayramoğlu barəsində aparılan istintaqda mühüm irəliləyiş qeydə alınıb.
DünyaABŞ-dən "son zərbə" planı: İranla bağlı 4 ssenari üzə çıxdı
ABŞ Tehranla danışıqların iflasa uğrayacağı halda quru qoşunlarının istifadəsini də nəzərdə tutan "son zərbə" variantlarını hazırlayır.
Dünyaİrandan ABŞ-nin 15 maddəlik təklifinə CAVAB: Şərtlər açıqlandı
İran vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi üzrə 15 maddədən ibarət planına rəsmi cavabını təqdim edib.