
Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Gundem.today xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunur. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir.
"Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", - deyə o bildirib.
Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.
"Özbəkistanda Tropilaelaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar".
B.Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.
"Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb", - deyə o əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda kişi evində ölü tapıldı
Bakıda evdən meyit tapılıb.
Cəmiyyət"Şəkərin 1 nömrəli dərmanıdır" - Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - VİDEO
Azərbaycanın şimal bölgəsində ölkənin ən bahalı göbələk növlərindən sayılan və el arasında "quzuqarnı" adlanan göbələyin yığım mövsümü başlayıb.
CəmiyyətBəhreynli səyyah: "Qarabağın hər bir şəhərinin özünəməxsus atmosferi var"
"Qarabağdakı hər bir şəhər və yaşayış məntəqəsi müqayisə edilməsi qeyri-mümkün və təkrarolunmaz atmosferə malikdir".
CəmiyyətWUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.