
Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyir
Cari ildə uçuş saylarının kəskin azalması və aviabilet qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.
Cari ildə uçuş saylarının kəskin azalması və aviabilet qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" nəşri bilet qiymətləri üzrə mütəxəssislərin rəylərinə əsaslanaraq yazıb.
Qəzetin məlumatına görə, ABŞ və İran arasındakı münaqişənin yaratdığı enerji böhranı aviaşirkətlərin reaktiv yanacaq tədarükünü mürəkkəbləşdirib. Daşıyıcılar artan yanacaq xərclərini kompensasiya etmək üçün biletlərin qiymətini artırmağa və əlavə rüsumlar tətbiq etməyə məcbur olublar.
Going.com platformasının səyahət eksperti Keti Nastro bildirib ki, pandemiyadan sonra turizm sahəsində belə böyük qeyri-müəyyənlik müşahidə olunmayıb. O, ucuz bilet tapmağa ümid edən turistlərin bu il ciddi problemlərlə üzləşəcəyini vurğulayıb.
"Kayak" xidmətinin hesabatına görə, fevralın sonlarından etibarən beynəlxalq reyslərin orta qiyməti yüksəlib, dünya üzrə aviasiya yanacağının dəyəri isə 70 faizdən çox artıb.
Corctaun Universitetinin professoru, həmçinin "American Airlines"ın keçmiş rəhbərinin sözlərinə görə, Yaxın Şərq regionundakı münaqişə başa çatsa belə, yanacaq və bilet qiymətlərinin normal səviyyəyə qayıtması üçün aylar lazım olacaq.
Bundan əvvəl "Bloomberg" agentliyi yanacaq dəyərinin yüksəlməsi səbəbindən qlobal aviaşirkətlərin reysləri ixtisar etdiyini və bəzi təyyarələrin istifadəsini dayandırdığını açıqlamışdı. Şirkətlər zərərdən qorunmaq məqsədilə müəyyən marşrutlar üzrə uçuşları ümumiyyətlə təxirə salırlar.
Qiymət artımları ilə əlaqədar olaraq Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələri nəqliyyat sahəsində enerji sərfiyyatını azaltmaq imkanlarını nəzərdən keçirməyə çağırıb.
ABŞ və İsrailin İrana yönəlik əməliyyatları, eləcə də Hörmüz boğazından yanacaq daşınmasının qarşısının alınması nəticəsində Avropa dövlətləri Fars körfəzindən gələn təchizatdan faktiki olaraq kənarda qalıblar. Nəticədə qlobal miqyasda enerji daşıyıcılarının qiymətləri kəskin artıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.
DünyaBalaca pişik nəhəng pələngə meydan oxudu: Hamını heyrətləndirdi
Meksikanın paytaxtı Mexikoda yerləşən Çapultepek Zooparkında artıq bir neçə aydır ki, olduqca maraqlı və heyrətamiz hadisələr yaşanır. Hadisənin əsas iştirakçısı adi bir sarı pişikdir. Cəsarətli ev heyvanı mütəmadi olaraq zooparkdakı nəhəng Benqal pələnginin qidasına şərik çıxır.
DünyaABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı
ABŞ-nin qlobal hərbi rabitə sisteminin (HFGCS) efirində qeyri-adi mesaj qeydə alınıb.
DünyaFransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"
"TotalEnergies" korporasiyasının rəhbəri Patrik Puyanne Hörmüz boğazının bloklanması və İranla bağlı mövcud gərginlik fonunda Fransanı gözləyən enerji qıtlığı riski ilə bağlı xəbərdarlıq edib.