Son dəqiqə
Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblarTrampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülübAzərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcəkQayana və Perudan ABŞ-yə gətirilən nadir heyvanlar tələf olubKran suyundakı gizli təhlükələr: Rusiyalı mütəxəssis vacib məsləhətlər verdiTrampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
Dünya

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO

Bu gün
08:00
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

Gundem.today yerli KİV-ə istinadən xəbər verir ki, hoteldə atəş səsləri eşidilib.

Məxfi Xidmət yüzdən çox insanın Trampın çıxışını gözlədiyi banket zalını mühasirəyə alıb. Orada olanlardan bəziləri beşdən səkkizə qədər atəş səsi eşitdiklərini bildiriblər. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə hotelin digər otaqlarından birində baş verib.

Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.

Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib.

"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.

Atışmadan bir müddət sonra Tramp mətbuat konfransı keçirib. O, hücum edənin bir neçə ədəd silahı olduğunu və güllənin Məxfi Xidmət əməkdaşlarından birinə dəydiyini, lakin onu zirehli gödəkçənin qoruduğunu bildirib.

Trampın sözlərinə görə, insidentlə əlaqədar jurnalistlərlə görüşün təxirə salınmasına qərar verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#atışma#Məxfi_Xidmət#Washington_Hilton#təxliyə#Ağ_Ev#Melaniya_Tramp#Cey_Di_Vens#silahlı_insident#ABŞ_xəbərləri.

Oxşar Xəbərlər

Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblarDünya

Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar

Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan "Swiss" aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.

Bu gün
09:360
Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülübDünya

Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb

ABŞ hüquq-mühafizə orqanları Ağ Evin Müxbirlər Assosiasiyasının Vaşinqtondakı "Washington Hilton" hotelində keçirilən qəbulunda baş vermiş atışmada şübhəli bilinən şəxsin bu mehmanxananın sakini olduğu qənaətindədirlər.

Bu gün
09:240
Qayana və Perudan ABŞ-yə gətirilən nadir heyvanlar tələf olubDünya

Qayana və Perudan ABŞ-yə gətirilən nadir heyvanlar tələf olub

Qayana və Perudan gətirilən 30 ərincək ABŞ-də lazımi saxlanma şəraiti olmadığından ölüb.

Bu gün
08:310
Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEODünya

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

Bu gün
08:000