
Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, 1/8 finalda Yaroslav Davıdçuka (Ukrayna) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.
Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Z.Kotsoyev növbəti raunda vəsiqə qazanıb.
Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də tatamiyə çıxacaqlar.
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.
Gundem.today "Report"a istinadən xəbər verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Avropa çempionatı
100 kq, 1/16 final
Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kq, 1/8 final
Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
+78 kq, 1/16 final
Madina Kaisinova - Elis Startseva (Rusiya)
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
İdmanKeniyalı idmançı Boston marafonunda rekord müəyyənləşdirdi
Keniyalı Con Korir Bostonda keçirilən 130-cu Boston marafonunun qalibi olub.
İdmanİngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşdi
"Vulverhempton" 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə Premyer Liqasında yerini qoruyub saxlamaq şansını itirib.
İdmanYurgen Klinsmanın oğlu matç zamanı boynunu sındırıb
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb.