
Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.
Bunu Gundem.today-a Sumqayıt şəhər sakinləri bildiriblər.
Qeyd edilib ki, ASM-in yerləşdiyi binanın divarlar çatlayıb, pəncərələr qırılıb:
"ASM-in otaqlarının qapıları yararsız vəziyyətdədir. Qapını bağlamaq üçün tutacağına əski parçası bağlayıblar, oturacaqlar qırılıb-sökülüb, tavandan keçən elektrik kabelləri qopub, havada asılı vəziyyətdə qalıb. Həmin kabellər yapışqanla bağlanıb ki, bu da mərkəzə müraciət edənlərin həyatı üçün təhlükə yaradır".
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə sorğu verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
Abşeron Rayon Polis İdarəsi (RPİ) ərazi polis bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
CəmiyyətPA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2026-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
CəmiyyətBəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Şəfayət Mehdiyev küçəsində yol hərəkətinin təşkili ilə bağlı problemlərə diqqət çəkilib.
CəmiyyətŞagird yerdəyişməsi müvəqqəti dayandırılır
IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.