
Avropa çempionatının ikinci günü: Hidayət Heydərov tatamiyə çıxır
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ikinci günündə daha bir cüdoçumuz mübarizəyə qoşulacaq.
Gundem.today xəbər verir ki, bu gün Azərbaycanın son olimpiya çempionu, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov tatami üzərinə çıxacaq.
İdmançımız 1/16 final mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparas ilə üz-üzə gələcək.
Xatırladaq ki, çempionatın ilk günündə yarışa qatılan 7 cüdoçumuzdan ikisi - 60 kiloqram çəkidə çıxış edən Əhməd Yusifov və 66 kiloqram çəkidə Turan Bayramov ölkəmizin aktivinə bürünc medallar yazdırıblar.
-73 kq, 1/16 final
Hidayət Heydərov - Konstantinos Tsaparas
Təsnifat mərhələsi - 10:00
Final bloku - 16:00
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
İdmanMisli Premyer Liqası: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" isə "Neftçi"yə qarşı
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.
İdmanUEFA Konfrans Liqasında yarımfinalçılar bəlli oldu - VİDEO
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin son oyunları keçirilib.
İdmanUEFA Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşdi - VİDEO
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son oyunları keçirilib.