
Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" isə "Neftçi"yə qarşı
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.
Gundem.today xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 27 turdan sonra 39 xalla altıncı, tovuzlular isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda "Zirə" və "Neftçi" üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, 27 turdan sonra aktivində 44 xalı olan "Zirə" dördüncü, 43 xal toplayan "Neftçi" isə beşinci yerdədir.
17 aprel
17:00, "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov;
VAR: Fərid Hacıyev;
AVAR: Rəhman İmami;
Hakim-inspektor: Rəhim Həsənov;
AFFA nümayəndəsi: Emin Cəfərov;
"SOCAR Polymer Arena".
19:30, "Zirə" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev;
VAR: Nicat İsmayıllı;
AVAR: Eyyub İbrahimov;
Hakim-inspektor: İmanxan Sultani;
AFFA nümayəndəsi: Anar Şıxəliyev;
Zirə İdman Kompleksinin stadionu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə VACİB MÜRACİƏT
"Neftçi" Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib.
İdman"Araz-Naxçıvan"ı darmadağın edən "Turan Tovuz" tarixinə iki yubiley yazdı
Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"la oyun "Turan Tovuz"un tarixinə iki yubileylə düşüb.
İdmanAvropa çempionatına start verilir: Güləşçilərimiz xalça üzərinə çıxır
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start veriləcək.
İdmanAzərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.